Türkiyəli səyyah: Qarabağın yenidən qurulması çox sevindiricidir

24.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Müharibənin amansız izləri qalan bu torpaqlarda dolaşmaq çox çətindir”.

APA xəbər verir ki, bunu bu gün Qarabağa səfər edən “NomadMania” beynəlxalq səyyah klubunun üzvü, türkiyəli səyyah Sevcan Akesi deyib.

"Burada hər yer hüznlə doludur. Bir təsəlli odur ki, Azərbaycan tərəfi öz torpaqlarını qaytarıb. Biz indi Ağdamda şəhid məzarlarını ziyarət edirik. Bu da bir təsəllidir. Arzu edirik ki, Azərbaycan bir də müharibə yaşamasın. Qarabağda şəhərlərin yenidən qurulmasının şahidi olduq. Bu, məni çox sevindirir”, deyə Türkiyədən olan səyyah bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью