Türkiyəli tanınmış müğənni sağaldığını nümayiş etdirib

11.06.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Türkiyəli məşhur müğənni Sərdar Ortaç konserti zamanı heç kimin yardımı olmadan artıq yeridiyini nümayiş etdirib.

Missiya.Az xəbər verir ki, bir müddətdir yeriməkdə çətinlik çəkən ifaçı pis vərdişlərindən uzaqlaşdığını açıqlayıb.

O, səhnədə sərbəst hərəkət edib.

"Ayağım düzəldi. Artıq tək gəzə bilirəm. Əvvəl bir addım ata bilmirdim. Baxın. Dünən velosipedə mindim. Super idi. Ana, bax, istədiyin olur", - deyə Sərdar bildirib.

Dinləyicilər də sənətçiyə alqışlarla dəstək olublar.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью