Türkiyəli tennisçi tarixi uğura imza atıb

04.11.2024

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Türkiyəli tennisçi Zeynəb Sönməz Meksikanın Merida şəhərində keçirilən “WTA Merida Open” turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, finalda ABŞ-dan olan rəqibi Ann Lini 6:2 və 6:1 setlərlə məğlub edən idmançı bu yarışda ilk çempionluğunu qazanıb. Bu nəticə ilə dünya reytinqində 36 pillə irəliləyən tennisçi 91-ci sıraya yüksələrək öz rekordunu yeniləyib.

Bu qələbə ilə Zeynəb Sönməz Türkiyə tennis tarixində Çağla Büyükakçaydan sonra WTA turnirində şəxsi yarışda çempionluq qazanan ikinci qadın idmançı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью