Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli tennisçinin bu həssaslığı alqışlar qazandı - Video Türkiyəli tennisçi Zeynep Sönmez tennis üzrə “Avstraliya Open” turnirində nümunəvi davranışı ilə diqqət çəkib və tribunadan alqışlar qazanıb.
QOL.az xəbər verir ki, hadisə Sönmezin Rusiya təmsilçisi Yekaterina Aleksandrova ilə keçirdiyi görüşün ikinci setində baş verib.
Zeynep serve qəbuluna hazırlaşarkən, baş hakimin yaxınlığında dayanan top toplayan qızın halı qəfil pisləşib və o, yerə yıxılıb.
Qısa müddət sonra ayağa qalxsa da, vəziyyətinin yaxşı olmadığı hiss olunub.
Sönmez dərhal oyunu dayandırmağı xahiş edib və top toplayan qızın yanına gedərək onun vəziyyəti ilə maraqlanıb. Hakim də kreslosundan enib.
Türkiyəli tennisçi qızın qoluna girərək onu kortdan kənara aparmağa çalışıb.
Bu zaman top toplayan qız Sönmezin qucağında yenidən huşunu itirib. Zeynep onu kölgəli əraziyə apararaq oturmasına kömək edib.