Türkiyəli ulduz “Barselona”ya transfer olunur? FOTO

03.04.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

İtaliyanın "Yuventus" klubunun türkiyəli futbolçusu Kənan Yıldız karyerasını "Barselona"da (İspaniya) davam etdirə bilər.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa təmsilçisi 19 yaşlı hücumçu ilə yaxından maraqlanır.

"Qoca sinyora" rəhbərliyi də öz növbəsində istedadlı futbolçunun transferindən 50 milyon avro qazanmağı düşünür.

Qeyd edək ki, 2023-cü ildən "YUventus"un formasını geyinən K.Yıldızın klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. İtaliya çempionatının cari mövsümündə 29 matçda iştirak edən hücumçu 5 qol vurub və iki məhsuldar ötürmə müəllifi olub. /"Report" 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью