Türkiyəli ulduz futbolçu “Yuventus“dan ayrılmaq üzrədir

18.11.2025

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yuventus" Kenan Yıldızın istədiyi maaşı verə bilmir.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, "Yuventus"un Kenan Yıldızın müqaviləsini uzatmaq barədə apardığı danışıqlar dalana dirənib.

Klubun maliyyə imkanlarının aşağı olduğu bildirilir.

İddialara görə, İngiltərə komandalarından biri bu vəziyyətdən istifadə edərək qış transfer pəncərəsində Kenan Yıldızı heyətinə qatmaq istəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью