futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real”ın (Madrid) yarımmüdafiəçisi Arda Gülər İspaniya “nəhəng”i ilə yeni müqavilə bağlamağa yaxındır.
Futbolpress.az xəbər verir ki, tərəflər arasında sözləşmənin müddətinin artırılması ilə bağlı prinsipial razılıq əldə edilib.
Yeni əməkdaşlıq müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulacaq. Türkiyəli futbolçunun mövcud sözləşməsi isə 2029-cu ilə qədər qüvvədir.
21 yaşlı Arda Güler La Liqanın cari mövsümündə meydana çıxdığı 4 qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.