Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Yunayted" Carlos Baleba transferindən sonra "Brayton"un daha bir ulduzu Ferdi Kadıoğlunu transfer siyahısına daxil edib.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" türkiyəli sol müdafiəçi üçün təxminən 40 milyon funt-sterlinqlik rəsmi təklif hazırlayır.
Ötən mövsüm göstərdiyi oyunla diqqət çəkən 24 yaşlı futbolçu mançesterlilərin müdafiə xətti üçün əsas namizədlərdən biridir.
"Brayton"un bu cəlbedici təklif qarşısında necə mövqe tutacağı yaxın günlərdə bəlli olacaq.