Türkiyəli ulduzun ayağı sındı

25.08.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Türkiyəli ulduz futbolçu Kenan Yıldız ciddi zədə alıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

"Yuventus"un cinah oyunçusu A Seriyasının açılış həftəsində "Frosinone"yə qarşı keçirilən matçda (1:0) zədələnib.

21 yaşlı türkiyəli futbolçunun sol ayağında sınıq aşkarlanıb və o, 69-cu dəqiqədə əvəzlənərək yerini Jeremi Boqaya verib.

Tibbi müayinələr nəticəsində cərrahi müdaxiləyə ehtiyac olduğu müəyyən edilib. Yıldızın bərpa prosesinin təxminən üç ay çəkəcəyi gözlənilir.

Ötən mövsüm türkiyəli futbolçu "Yuventus"un heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunun dəyərini 75 milyon avro olaraq qiymətləndirib.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью