Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Respondentlərin 83 faizi İsraili düşmən sayır
"Asal Araştırma" tədqiqat şirkəti tərəfindən dərc edilən "Türkiyənin dostu və düşməni kimdir?" adlı sorğuda İsrail, ABŞ və Yunanıstan düşmən kimi qəbul edilən ölkələrin siyahısına başçılıq edib. Azərbaycan, Yaponiya və Çin dost kimi qəbul edilən ölkələr arasında olub.
AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, “Asal Araştırma” 26 şəhərdə 2015 nəfər arasında aparılan sorğunun nəticələrini təqdim edib.
Sorğu iştirakçılarından soruşulub: "Aşağıdakı ölkələrin Türkiyə ilə münasibətlərini necə qiymətləndirirsiniz?".
Respondentlərin 83%-i İsraili düşmən hesab etdiklərini bildirib. ABŞ-ı düşmən hesab edənlərin payı 74,6% olub. Eyni sorğuda İranı düşmən hesab edənlərin payı 51,7% olub.
Sorğuda təmsil olunan ölkələr arasında Azərbaycan 66% ilə dost ölkələr sıralamasında birinci yeri tutub. Azərbaycanı 58,4% ilə Yaponiya və 49,5% ilə Çin izləyir. Eyni zamanda, Çini düşmən hesab edənlərin payı 38% olub.
Sorğu nəticələri:
İsrail - dost: 7.2% / düşmən: 83% / fikir yoxdur: 9.8%
ABŞ - dost: 18% / düşmən: 74.6% / fikir yoxdur: 7.4%
Yunanıstan - dost: 25.9% / düşmən: 61.5% / fikir yoxdur: 12.6%
İran - dost: 26.3% / düşmən: 51.7% / fikir yoxdur: 22%
Rusiya - dost: 38.5% / düşmən: 46% / fikir yoxdur: 15.5%
Fransa - dost: 39.6% / düşmən: 48.4% / fikir yoxdur: 12%
Almaniya - dost: 46% / düşmən: 42.3% / fikir yoxdur: 11.7%
İtaliya - dost: 47.2% / düşmən: 40.5% / fikir yoxdur: 12.3%
Çin - dost: 49.5% / düşmən: 38% / fikir yoxdur: 12.5%
Yaponiya - dost: 58.4% / düşmən: 26.6% / fikir yoxdur: 15%
Azərbaycan - dost: 66% / düşmən: 20.5% / fikir yoxdur: 13.5%.