Türkiyənə 4,9 bal gücündə zəlzələ baş verib

15.11.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Malatya bölgəsinin Doğanşehir rayonunda 4,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Halların İdarə edilməsi Agentliyinin (AFAD) verdiyi məlumata görə, yerli vaxtla saat 10.46-da (11:46) episentri Doğanşehir rayonunda 4,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı yerin 7 kilometr dərinliyində qeydə alınıb. Doğanşehirlə yanaşı ətraf rayonlarda da hiss olunan zəlzələ qısamüddətli panikaya səbəb olub. İlkin məlumatlara görə, zəlzələdə dağıntı və təlafat qeydə alınmayıb.

Daxili İşlər Naziri Əli Yerlikaya: "Malatyanın Doğanşehir rayonunda baş verən və ətraf illerde Kahramanmaraş, Adıyaman, Qaziantep və Kilisdə hiss edilən 4,9 bal gücündə zəlzələ ilə əlaqədar AFAD və aidiyyatı qurumlarımızın bütün qrupları dərhal arama-xilasetmə işlərinə başlayıb. İlkin məlumatlara görə, heç bir neqativ hal yoxdur. Daxil olan hesabatlar dəyərləndirilir”, - deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью