Türkiyəni Avropa çempionatının favoriti də dayandıra bilmədi

04.09.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Basketbol üzrə Türkiyə millisi Avropa çempionatının A qrupunda son oyununda da qalib gəlib.

Milli.Az xəbər verir ki, qardaş ölkənin yığması Serbiya ilə üz-üzə gəlib. 

Riqadakı matç Türkiyənin 90:95 hesablı qələbəsi ilə yekunlaşıb.

Ay-ulduzlular bu nəticə ilə qrup mərhələsini lider kimi tamamlayıb və adını 1/8 finala mərhələsinə yazdırıb.

Qeyd edək ki, turnirin 1/8 final oyunları sentyabrın 6-7-də, 1/4 final qarşılaşmaları ayın 9-10-da, yarımfinal matçları isə 12-də keçiriləcək. Final və üçüncülük matçları sentyabrın 14-də olacaq.

Tural
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью