Türkiyəni dəhşətə salan Narin cinayəti Hökm oxundu

29.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyəni dəhşətə salan 8 yaşlı Narin Güranın qətlinə görə mühakimə olunan 4 şəxsə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunan məhkəmə işində qərar açıqlanıb.

Bakıvaxtı.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.

Məlumata görə, “uşağa qarşı iştiraklı şəkildə qəsdən adam öldürmə” cinayətinə görə təqsirləndirilən ana Yüksel, qardaş Enes və əmi Salim Güranı Türkiyə Cəza Qanununun 37/1, 82/1-d,e, 53/1 və 63-cü maddələri əsasında ayrı-ayrılıqda ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib.

Nevzat Bahtiyar isə “cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə” cinayətinə görə 4 il 6 ay həbs cəzasına məhkum edilib.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью