Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Türkiyənin Meteorologiya Baş İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin 20 vilayəti üçün sarı, Muğla vilayəti üçün isə narıncı xəbərdarlıq kodu elan edib. Oktyabrın 28-dən başlayaraq bir sıra bölgələrdə intensiv yağıntıların olacağı proqnozlaşdırılır.
XQ xəbər verir ki, sarı xəbərdarlıq Adıyaman, Antalya, Aydın, Bingöl, Burdur, Denizli, Diyarbakır, Elazığ, Gaziantep, Isparta, İzmir, Kahramanmaraş, Malatya, Mardin, Mersin, Muğla, Şanlıurfa, Tunceli və Batman vilayətlərini əhatə edir.
Proqnoza əsasən, oktyabrın 29-da İstanbulda güclü leysan, Ankarada isə yağışlı hava gözlənilir. Ayrı-ayrı ərazilərdə sel, subasma və güclü külək təhlükəsi barədə də xəbərdarlıq edilib. Sarı kod potensial təhlükəli hava hadisələrini, narıncı kod isə daha ciddi meteoroloji riskləri ifadə edir.