Türkiyənin 29 vilayətində İŞİD ə qarşı əməliyyat: 84 nəfər saxlanılıb

28.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Türkiyənin jandarm və prokurorluq orqanları ölkənin 29 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

Gununsesi.info xəbər verir ki, əməliyyatlar nəticəsində 84 şübhəli saxlanılıb. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər terror təşkilatına üzv olmaqda, sosial şəbəkələrdə təşkilatın təbliğatını aparmaqda, eləcə də İŞİD-lə əlaqəli qurumlar və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən qurumlar vasitəsilə terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinirlər.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью