Türkiyənin 30 vilayətində əməliyyat 85 nəfər tutuldu

27.10.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin 30 vilayətində İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə “Daltonlar” kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı eyni vaxtda əməliyyat keçirilib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 85 şübhəli saxlanılıb.

İstintaq zamanı qruplaşmanın internet platformaları və qapalı mesajlaşma qrupları vasitəsilə pulamuzd cinayətkarlar cəlb etdiyi müəyyənləşdirilib. Əməliyyat Adana, İzmir, Ankara, Van, Bursa və Trabzon da daxil olmaqla 30 vilayətdə keçirilib.

Qruplaşmanın rəhbərinin xaricdə olduğu ehtimal edilən və barəsində “qırmızı bülleten”lə axtarış elan olunan Beratcan Gökdemir olduğu qeyd edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью