Türkiyənin 60dan çox deputatı Azərbaycana gəlir

06.12.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.

Moderator.az-a bu barədə TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.

Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью