Türkiyənin ABŞdan tələbi: Bu ölkəni sanksiyalar siyahısından çıxarmasanız...

14.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə ABŞ-la təmasları zamanı “Qazprombank”la iş baxımından Rusiyanın sanksiyalar siyahısından çıxarılması məsələsini gündəmə gətirib.

Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, mövzu cümə günü ABŞ-ın dövlət katibi Antoni Blinkenin Ankaraya səfəri zamanı müzakirə olunub.

Qeyd olunur ki, Amerika tərəfi sorğunun alındığını təsdiqləyib və hazırda qiymətləndirmə aparır.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью