Türkiyənin Adıyaman şəhərində Əsrin fəlakəti : Saat qülləsi 2 ildir eyni rəqəmi göstərir

06.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə "Əsrin fəlakəti" kimi xarakterizə edilən zəlzələlər zamanı böyük dağıntıların yaşandığı Adıyaman şəhərində dayanan saat qülləsi 2 ildir eyni rəqəmi göstərir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İHA-nın dərc etdiyi videosüjetdə bəhs edilib.

Məlumata görə, 6 fevral 2023-cü il tarixində baş verən 7,7 bal gücündə zəlzələ zamanı saat qülləsindəki vaxt 04.17-də dayanıb və iki ildir dəyişməyib.

Bu saat qülləsi Adıyamanda zəlzələnin simvoluna çevrilib. Adıyaman Bələdiyyəsi və vətəndaşların istəyi ilə saatın düzəldilməməsinə, olduğu kimi 04.17-də saxlanılmasına qərar verilib.

Türkiyənin Adıyaman şəhərində "Əsrin fəlakəti": Saat qülləsi 2 ildir eyni rəqəmi göstərir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью