Türkiyənin Afrikaya ixracı rekord məbləğə qalxdı

30.01.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Afrika ölkələrinə ixracı 2024-cü ildə 19 milyard 419 milyon dollara yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Şurası məlumat yayıb.

Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 1,7% artıb.

İxracın 77,3%-i qitənin 10 aparıcı ölkəsinə - Əlcəzair, Cibuti, Mərakeş, Qana, Cənubi Afrika, Liviya, Misir, Nigeriya və Tunisə edilib.

Afrikaya satışlar Türkiyənin ümumi ixracatının 7,4%-ni təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью