Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin mərkəzində torpaq səthi tədricən çökür, lakin bunun səbəbi yerin dərin qatlarında baş verir.
Alimlər Konya çökəkliyi altında yer qabığının aşağı hissələrinin mantiyaya doğru endiyi nadir geoloji prosesi – litosferin "damcılanması”nı təsdiqləyiblər.
Qaynarinfo "Nature Communications” jurnalına istinadən xəbər verir ki, Mərkəzi Anadolu platosunun ümumi qalxmasına baxmayaraq, Konya çökəkliyi niyə dərinləşməyə davam edir.
"Daily Galaxy”nin yazdığına görə, uzun müddət geoloqları bir paradoks düşündürürdü: bütün plato yavaş-yavaş yüksəldiyi halda, onun mərkəzində yerləşən Konya çökəkliyi əksinə, getdikcə daha da dərinləşir.
Səbəbi anlamaq üçün Toronto Universitetinin alimlərindən ibarət qrup regionun dərinliklərində baş verən prosesləri araşdırıb və gözlənilməz nəticə əldə edib.
Yer qabığı mantiyaya necə "axır” Aşkar edilən mexanizm çoxmərhələli litosfer "damcılanması” adlanır.
Bu proses litosferin aşağı hissələrinin həddindən artıq sıxlaşdığı zaman yaranır.