Türkiyənin Amasya vilayətində iki zəlzələ olub

12.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 12 may, AZƏRTAC

Mayın 12-də Türkiyənin Amasya vilayətində 4,2 və 4,4 maqnitudalı iki zəlzələ olub.

AZƏRTAC Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarəedilməsi Departamentinin (AFAD) məlumatına istinadla xəbər verir ki, yerli vaxtla saat 12.23 və 12.26-da qeydə alınmış yeraltı təkanların episentri Gümüşhacıköy rayonunda yerləşib.

Zəlzələ ocağı təxminən 10 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью