Türkiyənin avtomobil sektoru 8 milyard dollarlıq məhsul ixrac edib

10.07.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin Uludağ Avtomobil Sənayesi İxracatçıları Assosiasiyasının məlumatlarına əsasən, avtomobil alt sənayesi ilin ilk yarısında 190-dan çox ölkəyə, sərbəst zonalara və muxtar bölgələrə məhsul ixrac edib. Keçən ilin yanvar-iyun dövründə 7.7 milyon dollar olan alt sənaye ixracatı bu ilin eyni dövründə 5,4 faiz artaraq 8 milyard dollara çatıb.

Yanvar-iyun dövründə avtomobil sənayesinin 22 milyard dollarlıq ixracının 38,8 faizini alt sənaye məhsulları təşkil edib.

Avtomobil sektorunun əsas bazarı olan Almaniya, avtomobil hissələri istehsalında ən yüksək ixrac həcminə malik ölkələr arasında birinci yeri tutub. Almaniyaya avtomobil hissələri ixracı ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb. 2025-ci ilin yanvar-iyun aylarında Almaniyaya avtomobil hissələri ixracı 1,7 milyon dollar təşkil etsə də, bu rəqəm bu ilin ilk altı ayında 1,9 milyon dollara yüksəlib.

İkinci ən yüksək ixracat yeri olan Fransaya ixrac 11 faiz artım göstərib. Ötən ilin birinci yarısında Fransaya 542 milyon dollar dəyərində avtomobil hissələri ixrac edildiyi halda, bu rəqəm bu ilin eyni dövründə 602 milyon dollara çatıb. Üçüncü yerdə olan İtaliyaya avtomobil hissələrinin ixracı 27,4 faiz artaraq 454 milyon dollardan 579 milyon dollara yüksəlib.

Siyahıda dördüncü yerdə olan ABŞ-a ixrac 2,3 faiz artaraq 527 milyon dollardan 540 milyon dollara düşüb.Beşinci yerdə olan Rumıniyaya ixrac 14,7 faiz azalaraq 510 milyon dollardan 435 milyon dollara düşüb.

2026-cı ilin yanvar-iyun aylarında, əvvəlki ilin eyni dövrü ilə müqayisədə, İspaniya avtomobil hissələri ixracında 5,3 faiz azalma və 412 milyon dollarla altıncı, Böyük Britaniya 11 faiz artım və 398 milyon dollarla yeddinci, Polşa 4,4 faiz artım və 362 milyon dollarla səkkizinci, Çexiya 12,8 faiz artım və 219 milyon dollarla doqquzuncu, Belçika isə 9,4 faiz artım və 206 milyon dollarla onuncu yerdə qərarlaşıb.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью