Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Prof. Dr.
Birol Akgün beynəlxalq əlaqələr və siyasi elmlər sahəsində tanınmış akademik və təcrübəli idarəçidir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan onun təyinatını təsdiqləyib.
1968-ci ildə Manisanın Soma ilçəsində anadan olan Akgün ilk və orta təhsilini burada tamamlayıb.
1993-cü ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib.
1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib.
Orada Case Vestern Reserve Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsini alıb.
Türkiyəyə döndükdən sonra Selcuk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb.