“Türkiyənin bir aktyorunun qonorarına biz 500 seriya çəkirik” Əməkdar artist FOTO | Icma.a…
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli.Az xəbər verir ki, lent.az-ın müsahibi 25-ə qədər serial və filmlərdə bir-birindən maraqlı obrazlar yaratmış tanınmış aktyor, Əməkdar artist İlqar Cahangirdir.
- İlqar bəy, son günlər sizin də çəkildiyiniz "Xəyanət" serialı izləyiciləri ekranlara kilidləyib.
Bu serialda ifa etdiyiniz Mahmud obrazı isə xüsusi diqqət çəkir. Qəzəbli, hegemon, kinli...
Deyim ki, serialdakı rolunuza baxanda əməlli-başlı stress yaşayıram. Hədsiz qəzəbli kişi obrazıdır. Bu stress orqanizminizə zərər vermir?
- Əlində işin texnikasını bilmək lazımdır. Amma ürəksiz oynamaq olmaz. Psixolorealizm məktəbi yalanı sevmir. Rola gərək duyğularını qatasan.
Bir dəfə "Dəfnə ağacı" serialının çəkilişində elə gərgin anlardan sonra hiss etdim ki, sağ tərəfim hissiyyatını itirib.
Dedim, "uşaqlar, oturaq bir az dincələk". Bəzən ürəyim bulanır, əlim əsir, deyirəm deyəsən əndazəni aşmışam.
Tam oxu
Xəbəri oxu