Türkiyənin bu addımı ermənilərə “od qoydu”: Romadakı “Kolizey” sərgisində nələr baş verib? KONKRET

18.02.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin İtaliyanın paytaxtı Romada təşkil etdiyi “Kolizey” sərgisinin Regional Xəritəsində Ermənistanın olmaması ermənilərə sözün əsl mənasında “od qoyub”.

KONKRET.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Kolizeydəki sərgidə təqdim edilən regional xəritədə Ermənistanın olmaması ilə bağlı açıqlama yayıb.

Türkoloq Meline Anumyan yazır ki, sərgi Urfada Göbəkli Təpə adlandırılan tarixi abidəyə həsr olunub.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan isə “Armenpress”ə bildirib ki, bu məlumat yayıldıqdan dərhal sonra Ermənistanın Romadakı səfirliyi vasitəsilə məsələ İtaliyanın səlahiyyətli orqanlarının və təşkilatçıların diqqətinə çatdırılıb. Məsələnin həlli ilə bağlı müsbət cavab alınıb.

“Hazırda Ermənistan xəritədə təmsil olunub”, – Badalyan vurğulayıb.

Kolizey Arxeoloji Parkının saytında Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin Romadakı səfirliyi ilə birgə təşkil olunan sərginin martın 2-dək davam edəcəyi bildirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью