Türkiyənin bu münasibətini heç vaxt unutmayacağıq Şara

04.02.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın müvəqqəti hökumətinin prezidenti Əhməd əş-Şara Ankarada Türkiyə Prezidenti Rəcəb Ərdoğanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Suriya xalqı Türkiyənin son illərdə ölkəyə verdiyi töhfələri heç vaxt unutmayacaq.

"Prezident Ərdoğanın Suriyada keçid prosesinin uğurlu olması üçün göstərdiyi səyləri və istəyini yüksək qiymətləndiririk", - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью