Türkiyənin bu ölkədəki səfiri öldü

19.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Türkiyənin Maltadakı səfiri Erdeniz Şən vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Maltanın xarici işlər və turizm naziri İan Borq (Ian Borg) X hesabında yazıb.

Nazir bu hadisədən dərin kədər hissi keçirdiyini vurğulayıb:

"Onun diplomatik fəaliyyəti və ölkəsinə xidməti hörmətlə xatırlanacaq".

XİN başçısı səfirin ailəsinə, həmkarlarına, Maltadakı Türkiyə səfirliyinə və Türkiyə xalqına başsağlığı verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью