Türkiyənin bu şəhəri COP 31 ə namizəd oldu

25.06.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

İyunun 25 -də Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində “Davamlı gələcəyin formalaşdırılması: Türkiyənin iqlimlə bağlı fəaliyyət şəbəkəsi” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bütün iştirakçıları COP-31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dəstək olmağa çağırıb.

Sonra Türkiyənin COP31-ə dair video-təqdimatı nümayiş olunub.

Sonda Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi departament rəhbəri Aysin Tutpancı COP-31-in Antalya şəhərində keçirilməsinə dair təqdimatla çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью