Türkiyənin bu vilayətində güclü zəlzələ oldu

15.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD) məlumat verib.

Bildirilib ki, səhər saatlarında baş verən zəlzələnin dərinliyi 7 kilometr olub.

Daxili işlər naziri Əli Yerlikaya bildirib ki, AFAD və aidiyyəti qurumların bütün qrupları dərhal ətraf əyalətlərdə də hiss olunan zəlzələ ilə bağlı çöl araşdırmalarına başlayıb.

Yerlikaya zəlzələdən sonra ilk təsbitlərə görə heç bir neqativ hal olmadığını və alınan bildirişlərin qiymətləndirildiyini qeyd edib.

Roza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью