Türkiyənin büdcəsində böyük kəsir yarandı MƏBLƏĞ

15.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin məlumatlarına görə, dövlət büdcəsində 12 aylıq kəsirin məbləği 2 trilyon lirəyə (58 milyard dollar) çatıb.

Sfera.az xəbər verir ki, yalnız oktyabrda büdcə kəsiri 186,3 milyard lirə (5,4 milyard dollar) olub. Bir ayda Türkiyə dövləti yalnız faizlərə görə 4 milyard dollar ödəyib.

Türkiyənin dövlət büdcəsində hər il böyük kəsir qeydə alınır. Bu kəsiri bağlamaq üçün isə hökumət həm daxildən, həm də xaricdən borc cəlb edir. Cəlb olunan borclara görə ödənilən faizlərin məbləği ilbəil artır.

Vasif

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью