Türkiyənin bunkerləri deşən “Hayalet” bombası dünyada əks səda DOĞURDU

27.07.2025

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin bunkerləri deşə bilən və yeraltı obyektləri hədəf alan bombaları, İranın nüvə obyektlərinə atılan 6 tonluq MOB bunkeri deşən silahlar neçə vaxtdır ki, dünya gündəmini zəbt edib.

Redaktor.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, hazırda Türkiyənin IDEF 2025 sərgisində təqdim etdiyi “HAYALET-2” bombası isə gündəmi yeniləyib.

Bunker deşən bombalar, indiyə kimi, İranda yeraltı nüvə obyektini vura biləcək dünyadakı yeganə bomba kimi tanınırdı.

Türkiyənin müdafiə sənayesi sərgisində nümayiş olunan “Çelik Kubbe sistemləri”, “Tayfun BLOK 4” ballistik raketi kimi yeni müdafiə texnologiyaları ilə yanaşı, “HAYALET-2” bunker deşici bomba da dünya mediasında geniş əks-səda doğurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью