Türkiyənin COP29dakı pavilyonu xüsusi diqqət çəkir FOTOLAR | Icma.az
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
COP29 çərçivəsində Mavi Zonada təşkil edilən dünya ölkələrinin pavilyonlarına yüksək maraq var.
Turkustan.az xəbər verir ki, diqqətçəkən pavilyonlar arasında Türkiyəninki xüsusi yer tutur.
Gün ərzində 1000-dən çox iştirakçı qardaş ölkənin pavilyonunu ziyarət edir.
Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə pavilyonda təqdim olunan “Sıfır Tullantı” stendi möhtəşəm dizaynı, ətraf mühitin qorunmasına dair vacib mesajları ilə geniş marağa səbəb olub.
Qeyd edək ki, Əminə Ərdoğan uzun illərdir ekoloji problemlərin həllinə yönəlmiş layihələrə dəstək verir.
Bu dəfə Türkiyə pavilyonunda təqdim olunan layihə vasitəsilə Türkiyə, bərpa olunan enerji mənbələri, təmiz texnologiyalar və davamlı şəhərsalma sahəsində nailiyyətlərini dünyaya nümayiş etdirir.
COP29 iştirakçıları tərəfindən böyük maraqla qarşılanan Türkiyə pavilyonu Əminə Ərdoğanın liderliyi altında iqlim dəyişikliyinə qarşı qlobal həmrəyliyin vacibliyini bir daha vurğulayır.
Tam oxu
Xəbəri oxu