Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirəcəyi sonuncu ev matçının stadionu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, ''ay-ulduzlular'' noyabrın 15-də baş tutacaq bu qarşılaşmanı Bursada keçirəcək.Qeyd edək ki, ''Yüzüncü il Atatürk Stadionu'' və ya sponsorluq anlaşması ilə ''Matlı Stadionu'' adlanan 43 min azarkeş tutumuna malik arena 2015-in dekabrında istifadəyə verilib.
Türkiyə burda sonuncu dəfə 2023-cü ilin martın 28-də oyun keçirib.
Həmin vaxt qardaş ölkənin komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Xorvatiyaya 0:2 hesabı ilə uduzmuşdu.
Ümumilikdə Türkiyə indiyə qədər Bursa şəhərində 6-sı özəl, 3-ü rəsmi olmaqla keçirdiyi 9 qarşılaşmadan 3 qələbə, 2 heç-heçə, 4 məğlubiyyətlə ayrılıb.
Türkiyə tarixinin bəzi yaddaqalan zəfərlərini bu şəhərdə əldə edib.
Məsələn, DÇ-1998-in seçmə mərhələsində Niderland, eləcə də AÇ-2000-nin seçmə mərhələsində Almaniya üzərində qələbələr məhz Bursada əldə olunub.