Türkiyənin Dəməşqdəki səfirliyi sabah açılır

13.12.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Dəməşqdəki səfirliyi sabahdan fəaliyyətə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “NTV”nin canlı efirində bildirib.

Nazir qeyd edib ki, yeni təyin olunan səfir Burhan Koroğlu da başda olmaqla səfirliyin bütün nümayəndələri artıq Dəməşqə yola çıxıb və onlar sabahdan etibarən öz fəaliyyətlərinə başlayacaqlar.

Qeyd edək ki, Türkiyənin Dəməşqdəki səfirliyi 2012-ci ilin martından fəaliyyət göstərmirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью