Türkiyənin Dəməşqdəki səfirliyinin açılması üçün... Fidan | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumat verir. Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Baş katibi Antonio Quterreşlə danışıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası diplomatik mənbələrə istinadən məlumat yayıb.
Telefon danışığı zamanı Suriye və regiondakı son proseslər müzakirə edilib.
H.Fidan Türkiyənin Dəməşqdəki səfirliyinin açılması üçün lazım olan şərtlərə baxacaqlarını bildirib.
Bundan başqa, Suriyada nizamlı siyasi keçidin təmin edilməsi, humanitar yardımların çatdırılması və Suriyanın yenidən qurulması üçün BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin atacağı addımlar barədə fikir mübadiləsinin aparıldığı da qeyd edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu