Türkiyənin dəri ixracı azalıb

04.04.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin yanvar-mart aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azalaraq, 399 min 748 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 140 min 992 dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 3,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 1 milyon 517 min 145 dollar məbləğində dəri ixrac edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью