Türkiyənin dəstəklədiyi ordu terrorçularla mübarizəni gücləndirir

29.11.2024

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Suriya Milli Ordusu (SMO) Suriyanın şimalında terror təşkilatı PKK/YPG-yə qarşı hərəkətə keçib.
Reyting.az
xəbər verir ki, Türkiyə tərəfindən dəstəklənən və əsasən türkmanlardan ibarət olan SMO terror təşkilatı PKK/YPG-yə qarşı Tel Rıfat çölünü gücləndirib.
Çox sayda SMO üzvü və hərbi maşın konvoylarla Tel Rifat bölgəsinə hərəkət edib.
Yerli qaynaqlar Hələb çölündə Əsəd rejimi ilə Heyət Təhrir Şam (HTŞ) silahlı qruplaşması arasında qarşıdurmaların davam etdiyini, HTŞ üzvlərinin Hələb şəhərinin 1 kilometrliyinə çatdığını bildirib.
Video: My Webpage
ELÇİN

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью