Türkiyənin əhalisi 86,5 milyon oldu

04.11.2026

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Türkiyə əhalisi 1 oktyabr tarixinə olan məlumata görə, 86.502.286 nəfərə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat yayıb. Məlumata görə, əhalinin 50.02%-i kişilər, 49.98%-i isə qadınlardır. Ən çox əhalisi olan yaş qrupu 6.668.482 nəfərlə 25-29 yaş qrupudur.
Ölkənin kişi əhalisi 43.264.337, qadın əhalisi isə 43.237.949 nəfər olaraq qeydə alınıb. Əhali bir ildə 521.000 nəfər artıb.
Keçən ilin eyni dövründə (2025-ci ilin 3-cü rübü) Türkiyə əhalisi 85.980.654 nəfər olub.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью