Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST Mərkəzi ilə tanış olub AZƏRTAC | …
Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, əmək və sos
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikir COP29 tədbirində
Nümayəndə heyəti mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olub.
Onlara DOST Konsepsiyasının innovativ üstünlükləri və beynəlxalq nailiyyətləri barədə məlumat verilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan və Türkiyə dövlət başçılarının birgə səyləri nəticəsində qardaş ölkələr arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilən əlaqələrin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyi deyib.
Ötən dövrdə Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edən 8 sənədin imzalandığı, bu sahədə ikitərəfli əlaqələrin getdikcə genişləndiyi, fəal təcrübə mübadilələrinin aparıldığı diqqətə çatdırılıb.
Bakıda keçirilən COP29 çərçivəsində yaşıl iqtisadiyyata ədalətli keçidlə bağlı yaşıl iş yerləri və bacarıqların inkişaf etdirilməsinə dair müxtəlif ölkələrin, beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.
Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verilib.
Tam oxu
Xəbəri oxu