Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb

10.06.2026

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq brend qiymətləndirmə şirkəti “Brand Finance” 2026-cı il üzrə “Türkiyənin ən güclü və ən dəyərli brendləri – Türkiyə 125” hesabatını hazırlayıb.

Marja.az xəbər verir ki, hesabata əsasən, “Türk Hava Yolları” son illərdə olduğu kimi bu il də siyahıda birinci yeri tutub. THY-nin brend dəyəri 2 milyard 884 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilib.

Bu il siyahıya 13 yeni brend daxil olub. Bunlar Alfa Solar, ATP, Baykar, Besler, Çelebi Havacılık, Datagate, e-Bebek, Karaca, Karel, Koçtaş, Ray Sigorta, Trabzonspor və Yudum brendləridir.

Türkiyənin ən dəyərli 5 brendi aşağıdakılardır:

1. Türk Hava Yolları (THY)

2. Arçelik

3 İş Bankası

4. Ford Otosan

5. Ziraat Bankası

Beləliklə, aviasiya, sənaye, bankçılıq və avtomobil sektorları Türkiyənin ən dəyərli brendləri siyahısında ilk beşlikdə təmsil olunub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью