Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şərqi Anadolu bölgəsində güclü yağan qar və şaxta öz təsirini göstərməkdə davam edir.
BAKU.WS xəbər verir ki, Hakkari vilayətində havanın temperaturu mənfi 32 dərəcəyədək enərək rekord səviyyəyə yaxınlaşıb.
Bölgənin ən böyük rayonu sayılan Yüksekovada isə şaxtalı hava gündəlik həyatı xeyli çətinləşdirib.
Meteorologiya Baş İdarəsinin gecə saatlarında apardığı müşahidələrə görə, Yüksekovada termometrlər mənfi 32,7 dərəcəni göstərib və bu göstərici ölkə üzrə ən aşağı temperatur kimi qeydə alınıb.
Siyahıda növbəti yerləri -31,3 dərəcə ilə Ərzurumun Tekman rayonu, -30,9 dərəcə ilə Ardahanın Göle rayonu və -30,4 dərəcə ilə Vanın Çaldıran rayonu tutub.
Rəsmi meteoroloji proqnozlara əsasən, Yüksekovada yaxın günlərdə havanın bir qədər mülayimləşəcəyi gözlənilir.
Belə ki, həftəsonu rayon ərazisində parçalı buludlu hava şəraitinin hökm sürəcək.
Qalereya