“Türkiyənin Ərdoğana ehtiyacı var”

23.05.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

"Türkiyənin və türk millətinin yeni əsrin yol xəritəsini cızmış cənab Prezident Rəcəb Tayyib Ərdoğana böyük ehtiyacı olduğu tarixin və həyatın danılmaz bir həqiqətidir".

Missiya.Az xəbər verir ki, bunu Milliyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

O bildirib ki, addım-addım getdiyimiz Türk Əsri yolunda ümidlərimiz canlı, hədəflərimiz böyük, şövq və həyəcanımız sonsuzdur.

“Bu kontekstdə səmimiyyətlə bildirirəm ki, Ərdoğanın xidməti, gecə-gündüz davam edən fədakar və şərəfli mübarizəsi hər şeydən yüksəkdir”, - deyə siyasətçi vurğulayıb.

Baxçalı qeyd edib ki, Cənab Ərdoğanın çəkilib atılan oxu hədəfinə çatmalıdır.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью