Türkiyənin Gəncədəki Baş Konsulluğunda qurbanların xatirəsi yad edilib

26.12.2024

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunda Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Baş Konsulluqda təyyarə qəzası qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konsulluğun əməkdaşları tərəfindən qəza nəticəsində həyatlarını itirənlərin ailələrinə, yaxınlarına başsağlığı verilib, Azərbaycan xalqının dərin kədərinə şərik olduqları ifadə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью