Türkiyənin “gizli konstitusiya”sında dəyişiklik edildi Yeni Çağ Media

22.01.2025

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Türkiyənin Milli Təhlükəsizlik Şurası prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində toplanıb.

Yenicag.az xəbər verir ki, toplantıdan sonra yazılı açıqlama mətbuatla paylaşılıb.

Bildirilib ki, Milli Təhlükəsizlik Siyasəti Sənədi ölkədə, regionda və dünyada baş vermiş və baş verməsi proqnozlaşdırılan hadisələrə uyğun şəkildə yenilənib.

Toplantıda Suriyada baş verən hadisələr, qonşu ölkələrdəki terror təşkilatlarının fəaliyyəti, Qəzzadakı son durum müzakirə edlib.

Qeyd edək ki, sözügedən sənəd dövlətin “gizli konstitusiya”sı və “Qırmızı kitab” adı ilə məşhurdur.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью