Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Türkiyənin güləş əfsanəsi Bakıda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Türkiyənin güləş əfsanəsi Taha Akgül Bakıya səfər edib.
QOL.az xəbər verir ki, səfərdə məqsəd Azərbaycan paytaxtında keçirilən güləş üzrə U-17 komandalarının dünya çempionatını izləməkdir.
Azərbaycan Güləş Federasiyasının yaydığı xəbərə görə, Taha Akgül bu gün Milli Gimnastika Arenasında azarkeşlərlə görüşəcək. Görüş saat 16:00-da başlanacaq.
Qeyd edək ki, Taha Akgül sərbəst güləş üzrə bir dəfə Olimpiya, üç dəfə dünya və on dəfə Avropa çempionudur.