Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
"Azərbaycandan ölkəmizə gəlmək üzrə havaya qalxan "C-130" hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb".
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd edilib ki, axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə başlanılıb.
***
15:56
Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyə Silahlı Qüvvələrinə məxsus olduğu ehtimal edilən hərbi təyyarə qəzaya uğrayıb.
Bu barədə "İmedi" telekanalı məlumat yayıb.
Qəzanın səbəbləri və digər detallar barədə məlumat verilmir.