Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyin
Ötən gün Emin Həsənli Türkiyə Məlul qazilər və Şəhid ailələri dərnəyinin sədri Mustafa İşıqla və dərnəyin üzvləri görüşüb.
O, Türkiyənin terrorla mücadilədə böyük sayda şəhid verdiyini, yüzlərlə qazinin olduğunu qeyd edib: “Qazi sağlamlığına xətər toxunub-toxunmamasından asılı olmayaraq döyüşdə iştirak edən hər bir hərbçiyə deyilir və onlar Türkiyədə ən böyük statusa, hörmətə malikdirlər.
44 günlük Vətən müharibəsində, ardınca bir günlük antiterror əməliyyatında, eləcə də Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu, hərbçilərimiz böyük şücaət göstəriblər.
İldırım sürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Vətən müharibəsinin Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsilə başa çatması nəticəsində son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi xalqımızın istədiyi kimi həll olundu.
Türkiyə dövləti və bu ölkənin hərbiyönümlü təşkilatları Vətən müharibəsi zamanı Azərbaycana mənəvi dəstək göstərdi.
Dünyanın qüdrətli ölkələrinə nümunə olacaq xalq-dövlət-ordu birliyi bu möhtəşəm Qələbəni bizə bəxş etdi.