Türkiyənin Hindistana fındıq ixracı artmaqdadır

28.01.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin Hindistana fındıq ixracı artmaqdadır.

Banco.az xəbər verir ki, Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinin sədri Həsən Osman Sabır Hindistanda Türkiyə fındığının tanıdılması istiqamətində aparılan işlərin nəticə verdiyini və son beş ildə bu ölkəyə edilən ixracın 180 faiz artdığını açıqlayıb.

Sabır yazılı açıqlamasında Qara Dəniz və İstanbul Fındıq və Məhsulları İxracatçıları Birliklərinin 23–25 yanvar tarixlərində Yeni Dehlidə təşkil olunan “MEWA” Sərgisində iştirak etdiyini bildirib.

Sərgidə Türkiyə fındığının tanıdılmasına həsr olunmuş bir stendin yer aldığını qeyd edən Sabır Hindistanın tanınmış aşpazlarının müxtəlif təqdimatlar etdiyini və tədbir çərçivəsində bir panelin təşkil olunduğunu vurğulayıb.

Hindistana yönəlik fındıq ixracında son beş ildə qeydə alınan artıma diqqət çəkən Sabır aşağıdakı məlumatları paylaşıb:

“2020-ci ildə 352 ton (ləpə) olan ixrac həcmi 2025-ci ildə 985 ton (ləpə) səviyyəsinə yüksələrək 180 faiz artım göstərib. Dəyər baxımından isə 2020-ci ildə 2,7 milyon dollar olan ixrac gəliri 2025-ci ildə 10 milyon dollara çataraq təxminən 270 faiz artım qeydə alıb. Türkiyə fındığında qiymət sabitliyinin təmin olunması Hindistan kimi yüksək potensiala malik alternativ bazarlarda ixracın gözlənilən səviyyələrə yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью