Türkiyənin ilin 11 ayında ixracatı 247,2 milyard dollara çatıb

10.12.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

Türkiyənin Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstan kimi qonşu ölkələrə ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-noyabr aylarında 25,3 milyard dollara çatıb ki, bu da 3,4 faiz artım deməkdir.

Reyting.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi Türkiyə Ticarət Nazirliyinə istinadla məlumat yayıb.

Türkiyənin ilin ilk 11 ayında ümumi ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 247,2 milyard dollara çatıb.

V. QULİYEV


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью